"Prezidentin çağırışına səs verməyən xəyanətkardır" - Fəzail Ağamalı
Tarix: 15-10-2015, 11:07 | Çap et
"Prezidentin çağırışına səs verməyən xəyanətkardır" - Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarı Yevda Abramovun Milli Məclisdəki çıxışına reaksiya verib.

Deputat deyib ki, Azərbaycana idxal olunan məhsulların kimlərin razılığı olmadan keçirilə bilmədiyini yaxşı bilir:

“Azərbaycan xalqı qabiliyyətli xalqdır. Ona imkan verilsə, problemlərini özü həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, Azərbaycan əleyhinə koalisiyasının tərkibində yer alır”.

Qeyd edək ki, Milli Məclisdəki bugünkü büdcə müzakirələri zamanı deputat Yevda Abramov deyib ki, Rusiya tərəfi Azərbaycana istənilən qədər məhsul gətirməyə icazə verir. Amma Azərbaycan sərhədindən 10 kq-dan artıq məhsul keçirməyə qoymurlar.

"Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il “Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRİ dövrünün tədarük məntəqələri bərpa edilsin”.

Y.Abramov təklif edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi zonalar üzrə müşavirə keçirsin və onlar təkliflərini versinlər/modern.az/.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net