"Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı"
Tarix: 28-09-2015, 09:08 | Çap et
"Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı"
"Ciddi basqılar və təhdidlər altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə, bu qədəri mümkün oldu. Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim."

Avropa.info xəbər verir ki, bu sözləri AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov partiyasının dünən keçirilən qurultayı haqqında deyib. Sahib Kərimov öz Facebook statusunda bunları yazıb.

"Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə namizədliyimi geri götürdüm.Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa ( bu ortamda bu qədəri mümkün idi ) çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir.

Mən, Əli Kərimliyə 2018- ci ilin Prezident seçkilərində uğurlar arzu etdim. Və həmçinin qeyd etdim ki, 2018 - ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 Prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam.

Partiyanın heç bir seçkili orqanında təmsil olunmayacam, sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür.
Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam.

Bu gündən müzakirələri birtərəfli qaydada dayandırıram."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net