“Əli Kərimli barədə məhkəməyə müraciət edəcəyik”
Tarix: 15-09-2015, 12:51 | Çap et
“Əli Kərimli barədə məhkəməyə müraciət edəcəyik”
“Hazırda məqsədimiz onları ciddi ictimai qınağa məruz qoymaqdır. Artıq dünəndən etibarən bu prosesə başlamışıq. Bu gün isə digər məlumatları yerləşdirəcəyik”. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Əli Kərimlinin onun barəsindəki təhqirlərinə münasibət bildirərkən deyib.

Razi Nurullayev mətbuatdan xahiş etdi ki, Əli Kərimlinin bu hərəkətlərini ictimai qınaq vasitəsilə utandırsınlar və onların iç üzünü açıb cəmiyyətə göstərsinlər: “Biz isə ona qarşı daha mədəni və sivil yolla mübarizə aparmaq istəyirik. Biz bu yolumuzu dəyişməyəcəyik. Onu sadəcə ictimai qınağa məruz qoymaq istəyirik. Bu həftə ərzində kampaniyanı davam etdirmək niyyətindəyik. Hesab edirəm ki, artıq ortada müəyyən nəticələr var. Hətta müşahidələrimdən belə nəticəyə gəldim ki, onları ictimai qınağa məruz qoyanların sayı yüzlərlədir. O baxımdan da ictimai qınaq birinci növbədədir. Biz başqa yollarda düşünmüşük. Bütün bunlardan sonra isə məhkəməyə də müraciət edəcəyik. Çünki orada ciddi təhqir və şəxsiyyətin alçaldılması motivləri var. Bununla bağlı müəyyən məsləhətləşmələrimiz gedir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net