"Bizim qüvvələrimizi birləşdirməyimizə səbəb"...
Tarix: 1-09-2015, 10:10 | Çap et
"Bizim qüvvələrimizi birləşdirməyimizə səbəb"...
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov saytımıza açıqlamasında müxalifətin parlament seçkilərinə blok şəklində qoşulmaq cəhdini bu partiyaların ayrı-ayrılıqda yetərincə potensiala malik olmaması ilə izah edib.
Maraqlıdır, doğrudanmı müxalifətin bloklara can atmasına səbəb onların seçkilərdə təkbaşına iştirak üçün yetərincə potensiala malik olmaması ilə bağlıdır?
Moderator.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu qənaəti bölüşmədiyini vurğuladı:
“Mən Siyavuş Novruzovun həmin açıqlaması ilə tanış deyiləm. Bu fikrin hansı konteksdə səsləndirdiyini bilmirəm. Hələlik seçkiyə blok şəklində “Azadlıq-2015” seçki bloku getmək niyyətindədir ki, burada da bəzi partiyalar birləşib. Seçkilərə siyasi partiyanın nə qədər namizədlə qatılması ilə bağlı məhdudiyyət qoyulmayıb. Bizim qüvvələrimizi birləşdirməyimizə səbəb seçki prosesində daha səmərəli iştirak etmək, daha ciddi uğur qazanmaqdır. Lakin müxalif partiyaların yetərincə potensiala malik olmadığı üçün seçkilərə blok şəklində qatılması fikrini yanlış hesab edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net