Qubad İbadoğlunun genişlənən proqramında nələr var?
Tarix: 8-08-2015, 11:10 | Çap et
Qubad İbadoğlunun genişlənən proqramında nələr var?
“ABŞ-dakı proqramın genişlənməsinə görə, onun müddətinin uzadılması təklifini aldım”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu bildirib.

Qubad İbadoğli xatırladıb ki, onun bununla əlaqədar müraciəti ADR İdarə Heyətində müzakirə edilib, məqbul hesab olunduqdan sonra yekun qərar verilib.

Lakin Qubad İbadoğıu proqramın konkret nədən ibarət olduğunu qeyd etməyib: “Bir müddət də burda qalıb və işlərimi davam etdirəcəyəm. Proqramın yekunları ilə bağlı Azərbaycana qayıdandan da mətbuat vasitəsilə ictimaiyyətə məlumat verəcəyəm”.

ADR sədri Azərbaycana qayıdacağı tarixi də açıqlamayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net