“Ənvər Paşaya məxsus əşyaların muzeylərdə saxlanılması daha yaxşı olardı”
Tarix: 1-07-2015, 10:24 | Çap et
“Ənvər Paşaya məxsus əşyaların muzeylərdə saxlanılması daha yaxşı olardı”
Türk dünyasının tanınmış sərkərdələrindən Ənvər Paşanın şəxsi əşyalarının hərraca çıxarılması Azərbaycandakı millətçi kəsim tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, insanların bəlli bir qismi hesab edir ki, Ənvər Paşanın muzeylərdə qorunub saxlanılmalı olan əşyalarını hərraca çıxartmaq türk tarixini, türk milli kimliyini hərraca çıxartmaq deməkdir və belə bir addımın atılması yolverilməzdir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa isə baş verənlərdə təəccüblü heç nə görmədiyini vurğulasa da, tarix və gələcək baxımından bu əşyaların muzeylərdə mühafizəsinin daha məqsədəuyğun ola biləcəyini qeyd etdi:
“Hesab edirəm ki, Ənvər Paşanı sevən insanların onun əşyalarına yiyələnməsi də pis hal deyil. Ancaq təbii ki, bu əşyaların muzeylərdə olması daha yaxşı olardı. Tarix və gələcək baxımından belə bir şeyin faydası olardı. Yaşadığımız dünyada isə tanınməş şəxslərin şəxsi əşyalarının hərraca çıxarılması halları həmişə olub. Buna görə də burada təəccüblü bir şey yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net