Cəmil Həsənli köhnə ampluasında
Tarix: 17-06-2015, 12:04 | Çap et
Cəmil Həsənli köhnə ampluasında
Qocalıq Tanrı neməti və insana yaşlandıqca əlavə mənəvi-sosial dəyərlər bəxş edən nemətdir. Amma qocalıq heç də hamıya eyni cür təsir etmir. Kimisi ağsaqqallaşır, kimisi isə xərifləyir.

Bir vaxtların sayılıb-seçilən professorlarından olan Cəmil Həsənlinin son illərdəki fəaliyyəti də belə düşünməyə əsas verir ki, adam ikincilərin səfində qərarlaşıb. Belə olmasaydı, nala-mıxa vurmaz, bu qoca vaxtında AXCP sədri Əli Kərimlinin əlində "uzaqdan idarə olunan oyuncağa" çevrilməzdi. Adamın Milli Şuraya sədr gətirilməsi də, sonuncu president seçkilərindəki çıxışları da, facebook statusları da Əli Kərimlinin diqtəsi altında reallaşıb. Acınacaqlı situasiyadaır, Qoca tarix professoru tələbəsi yaşındakı ortabab hüquqşünasın əlində girova çevrilib.
Əslində, Cəmil Həsənli və onun patronu Əli Kərimli yada da düşməzdi. Birinci Avropa Oyunlarının təntənəylə keçirildiyi günlərdə Milli Şuranın "əzabkeş" lideri ölkə mətbuatına hədyanlar yağdırmasaydı, heç bu yazıya da ehtiyac olmayacaqdı. Cəmil Həsənli son açıqlamasında az qala bütün ölkə mətbuatını və siyasi qüvvələrini "satqın" adlandırıb. Onun məntiqiylə satqın olmayan yalnız özü, Əli Kərimli, bir də "Azadlıq" qəzetiymiş. "bizdən olmayan bizə düşməndir" kimi ənənəvi bolşevik təfəkkürü ilə yaşayan bu "demokratlar"ın ölkəmizə gətirməyə vəd etdikləri demokratiya budurmu görəsən? Əgər budursa, belə bir ənənənin ölkəmizə lazım olmadığı düşüncəsindəyəm. Biz heç Cəmil Həsənlinin dediklərinə özünün inandığına da inanmırıq.
Ən azından ona görə ki, indi yerdə qalan ömrünü tənqidinə həsr etdiyi Cəmil Həsənli bir zamanlar indi bəyənmədiyi hakimiyyətin şəninə təriflər yağdırırdı. İki çağırış Milli Məclisin deputatı olarkən də Cəmil Həsənli belə danışmazdı. Demək....
Cəmil Həsənli vaxtilə ittiham etdiyi iqtidarın müdafiəsinə qalxdı, - bu iqtidara çox da lazım olmasa da - sabiq silahdaşlarını ağ yuyub, qara sərdi. Bütün bunları heç kim ondan istəmədiyi halda etdi. 2010-cu ildə məlum oldu ki, Cəmil Həsənli bütün bu canfəşanlığı kürsüsünü qorumaq üçün edibmiş. Amma Cəmil Həsənlinin deputatlıq fəaliyyətində bir "işini" etiraf etmək lazımdır. Adam dövlət çevrilişinə cəhdə görə həbs olunmuş qohumu Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri kimi çox "iş gördü". Kimisinə görə bu, Cəmil Həsənlinin qohumluq borcu, kimisinə görə insan haqlarına olan sevgisi idi. Amma üstündən xeyli keçdikdən sonar bəlli oldu ki, bu yalnız pul sevgisiymiş...
Hər halda, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ötən gün qələmə aldığı yazıda qoca professor ifşa edəcək məqamları açıqlayıb. Bu baxımdan Fərhad Əliyevin alovlu müdafiəçisi olmuş professor Cəmil Həsənlini ifşa edən həmin yazıdan bir hissəyə diqqət kəsilmək pis olmazdı: "Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa...
O professor (Cəmil Həsənli-red) bir korrupsionerdən (Fərhad Əliyevdən-red) aldığı paraları qəzetlərə çatdırmaqda görəvli idi. 2006-cı ildə...Korrupsioneri öldürülən jurnalistin qatili elan edəcəkdilər, hələ də həbsdə qalacaqdı....
Professoru, portfelini dolduraraq, redaksiyalara arestantın qardaşlarından biri müşayiət edirdi. Qapıdan içəri salıb, bayırda maşında gözləyirdi. Ki, qıraqda kupyorları dəyişdirməsin, atmasın, dalına keçməsin...
Lakin professor da professor idi...
Ailədən manatla aldığı paçkaları qəzet redaksiylarında sayıb, şifahi olaraq, dollarla hesablayıb, qəzerlərə də, korrupsiyaçının ailəsinə də atmağı özünə yaraşdırırdı: "Belə verdilər..." Sonra "qırdığı" məbləğı pencəyinin qoyun ciblərinə basırdı...
Bu ona çox yaraşırdı. Nəinki indiki işi...
O zaman manatın dollara nisbəti xeyli fərqli idi. 1 manat 87 sent idi. Barmaqlarına və paraya tüpürə-tüpürə, onları səslə ayıb, hər paçkadan 13 dənə yüzlük qırpışdırırıdı.
50 min manatdan 5X1300 =6500 manat.... ".
Hesab edirik ki, yazıda verilən obrazlı təsvir o qədər güclüfür ki, heç bir əlavə şərhə də ehtiyac qalmır. Sonda isə böyük siyasi iddialara düşmüş professora tək bircə xatırlatmamız var: Cəmil müəllim, xalq dəstəyindən, ictimai etimaddan çox danışırsınız. O zaman bir şeyi unutmayın, sizin adını bəh-bəhlə "mitinq" qoyduğunuz o aksiyalardakı iştirakçıların hamısı bir-birini şəxsən tanıyır - bax, budur, sizin və sizin ağsaqqalınız Əli Kərimlinin Azərbaycan xalqından aldığı ictimai dəstək.
Daha başqa yol qalmayıb: Susun, ya da....yenə susun...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net