"Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı..."
Tarix: 11-05-2016, 09:39 | Çap et
"Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı..."
Son vaxtlar siyasi səhnədə maraqlı tendensiya müşahidə edilir. Belə ki, hansı partiya digərinə zərbə vurmaq istəyirsə, onu Rusiya və ya Qərbə işləməkdə ittiham edir. Bu günlərdə Rusiyaya meylli olmaqda günahlandırılan siyasi qurumlardan biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

Partiyanın sədr müavini Niyaməddin Orduxanlı isə bu iddiaların BAXCP sədrinə qarşı qərəzli və məqsədyönlü qara piarın tərkib hissəsi olduğu qənaətindədir və təmsilçisi olduğu qurumun Rusiyayönümlü siyasi təşkiulat kimi təqdimatının haqsızlıq olduğunu bildirir:

"BAXCP kimi bir milli partiyaya “Rusiya meylli” kimi ittiham irəli sürmək yalnız axmaq adamın işidir. Bunun əsası oradan başladı ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata müsahibə vermişdi və o, “Biz Qarabağ məsələsində ruslarla razılaşıb, yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrsiya İqtisadi İttifaqına və Gömrük İttifaqına qoşula bilərik" fikirlərini bildirmişdi. Əli Kərimli və Milli Şura üzvüləri bunu “əsas” kimi tutaraq şər, böhtan maşınını həm mətbuatda, həm də sosial şəbəkədə işə saldılar. 2013-cü ildə Rusiyanın birbaşa layihəsi olan və heç kimin də şübhəsi olmayan Milli Şura üzvləri utanmadan Qüdrət Həsənquliyevi Rusiya yönümlü siyasət aparmaqda ittiham etdilər. Necə deyərlər, adımı sənə, səni də yana-yana qoyum. Ancaq unudublar ki, Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı, "Milli Şura" yarananda həmin quruma ilk qoşulanlardan olardı. Neçə ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Əli Kərimli və digərləri Rusiyaya dəstək verib bu qurumu yaratmışdılar. BAXCP lideri Milli Şura üzvlərindən fərqli olaraq Putinə şanlı məktub yazmayıb və onu "ən böyük demokrat" adlandırmayıb. Bütün bunları edən və Rusiyanın layihəsində baş rolda oynayan adamlar indi BAXCP liderinə qarşı qarayaxma kampaniyası aparırlar. Milli Şuranın və Əli Kərimlinin fəxri lideri Rüstəm İbrahimbəyov hazırda Rusiyaya sığınıb və onların tapşırıqlarını icra edir. Rüstəm İbrahimbəyovun Rusiyanın adamı olmasına heç kim şübhə etmir. 75 yaşlı bir qocanın təsirinə düşən bu adamlar düşünürlər ki, xalqın yaddaşı zəifləyib. Qüdrət bəy yeganə siyasətçilərdəndir ki, açıq şəkildə Qarabağın işğalının Rusiya tərəfindən həyata keçirildiyini deyir və bütün danışıqların da Rusiya ilə aparılmalı olduğunu bildirir. Hansının cəsarəti çatıb deyə bilər ki, Qarabağı Rusiya işğal edib? Nə Əli Kərimli, nə də digərləri bu fikirləri deyə bilməz! 2013-cü il prezident seçkilərində Əli Kərimli başda olmaqla Milli Şura üzvləri imza atdılar ki, Azərbaycan xalqı referendum yolu ilə özünün beynəlxalq siyasətini müəyyənləşdirəcək. Yəni, biz Qərb siyasəti deyil, Rusiya yönümlü siyasət apara bilərik. Qüdrət bəy mətbuatda deyib ki, Rusiya ilə acıq danışıqlara getməliyik. Rusiyanın Cənubi Qafqazda maraqları nədir və biz bunun hansını edə bilərik. Biz Rusiya ilə sövdələşmə etməliyik. Rusiya hər iki tərəfin mövqeyini tərəzinin gözünə qoyub, kimin yanında yer tutacağı ilə bağlı qərar verməlidir. Əgər Rusiya bizim torpaq bütövlüyümüzü bərpa etmək haqqımızla razılaşmasa, Azərbaycan höküməti xalqa acıq müraciət edib müharibə variantı seçməlidir. Qüdrət Həsənquliyev bunları deyib.

"Sizcə, Milli Şura adlı qurum hansı səbəblərdən ölü bir təşkilata çevrildi" sualına cavabında BAXCP rəsmisi bunları bildirdi:

"Milli Şura ona görə ölü vəziyyətə çevrildi ki, Rusiya bunlardan çox səmərəli şəkildə istifadə etdi. İstifadə olunandan sonra kimə lazım idi bunlar? 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyov bu adamları uşaq kimi aldatdı. Və onları da inandırmışdılar ki, Putin Azərbaycanda hakimiyyət çevrilişi edəcək və onlar da hakimiyyətə gələcəklər. Hətta Milli Şura üzvləri öz aralarında vəzifə bölgüsü də etmişdilər. Ancaq çox sonralar başa düşdülər ki, heç vaxt siyasətlə məşğul olmayan bir qoca kişinin-Rüstəm İbrahimbəyovun tələsinə düşüblər. Bundan sonra da həmin təşkilatı tərk etdilər".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net