Bu ruh bir də heç zaman ölməyəcək!
Tarix: 6-04-2016, 09:46 | Çap et
Bu ruh bir də heç zaman ölməyəcək!
Azərbaycan yenə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşdı. Azərbaycan yenə də dünya dövlətlərinə sübut etdi ki, Azərbaycan işğalçı dövlət deyil. Azərbaycan gözü heç kimin torpağında yoxdur. Bununla yanaşı Rusiya yenə də öz üzünü göstərdi. Bir daha sübut olundu ki, Rusiya heç vaxt çiçəklənən Azərbaycan istəməyib. Biz Azərbaycanlı olaraq bir daha əmin olduq ki, Rusiyadan heç vaxt obyektiv siyasət gözləmək olmaz. Görəsən hər hansısa bir dövlət Rusiyanın 1 metrini işğal etsəydi, Rusiya 20 il buna göz yumardı? Gülməli sualdır! Lakin Azərbaycan 1-5 aprel tarixlərində Erməni təxribatına cavab verməklə bir çox mənəvi dəyərləri dünyaya nümayiş etdirdi:
1. Rusiya imperialist və şovinist dövlətdir, Rusiya obyektiv siyasət yürütmür;
2. Rusiya Ermənistanın xaç atasıdır;
3. Azərbaycan insan hüquqlarına hörmətlə yanaşan, dinc əhalini qırmayan və beynəlxalq hüquqlara hörmətlə yanaşan sivil dövlətdir;
4. Azərbaycan xalqının vahid Ali Baş Komandanı var və hamı onun yanında tək yumruq ola bildi;
5. Dininindən, dilindən, irqindən, cinsindən, siyasi mənsubiyyətindən və mülki vəziyyətindən asılı olmayaraq hamı həmrəy ola bildi;
6. Hamı Azərbaycanda könüllü olaraq hərbi komissarlıqlara üz tutdu və vətənini müdafiəyə qalxdı;
7. Azərbaycan öz həqiqi hərbi xidmətdə olan hazırki gənc əsgərləri ilə Erməni ordusuna meydan oxudu;
8. Azərbaycanda hamı şəhidlərlə fəxr etdi və hamı şəhidlərin dəfninə üz tutdu;
9. Azərbaycanda hamı bayrağa sarıldı və bütün yürlərdə və avtomobillərdə bayraqlar dalğalandı;
10. Ermənistanın “məğlubedilməz ordusu” siçan kimi qaçaraq gizləndi;
11. Ermənistan ordusu çox zəifdir, intizamsızdır və qorxaqdır.

Hesab edirəm ki, bu gün eyvanlarda asılan bayraqlarımızla biz necə həmrəy olduğumuzu göstəririk. Ermənilər kimi qaçmırıq! Bugün Azərbaycan sərhədçiləri sərhədlərdə xaricdən gələn Azərbaycanlı gəncləri qəbul etdisə, Ermənistan sərhədçiləri erməni gənclərini ölkədən qaçmamağ üçün saxladı. Budur Azərbaycan! Bizim bu ruhumuz bir daha ölməyəcək. Heç bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanlıların bu mətin vətənpərvərliklərinin qarşısını ala bilməz! Biz yenə də həmin ruhdayıq!

Fuad Məhərrəmov
Hüquqşünas





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net