"Ziya Məmmədov Londonda 300 milyon dollarlıq villası var"
Tarix: 29-02-2016, 15:18 | Çap et
"Ziya Məmmədov Londonda 300 milyon dollarlıq villası var"
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Azərbaycanı tərk edərək, Londana köçməsi ətrafında müzakirələr səngimir.

Ötən həftənin son günlərində mətbuatın diqqəti yenə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anara yönəlib. Yayılan məlumatlarda onun ailəsi ilə birlikdə Azərbaycanı tərk edərək birdəfəlik Londona köçdüyü bildirilir.

Bu xəbər ətrafında müzakirələr davam edərkən tanınmış vəkilAslan İsmayılovözünün "Facebook” səhifəsində A.Məmmədovu yenidən medianın diqqət mərkəzinə gətirib.

A.İsmayılov paylaşdığı statusda A.Məmmədovun 400 min dollarlıq qol saatı taxdığını yazaraq, fikirlərini konkret foto ilə təqdim edib.

Gün.Az-a müraciət edərək, Azərbaycanda məmur övladlarının xarici ölkələlərə üz tutmaları və dəbdəbəli həyat tərz ilə bağlı fikirlərini bildirən Müasir Müsavat Partiyasının (MMP) sədriHafiz Hacıyev qeyd edib ki, A.Məmmədovun Londona köçməsi onun birbaşa siyasi niyyətləri ilə bağlıdır: "Nə Anar Məmmədovun Londona köçməsi, nə də az qala yarım milyon dollarlıq saat alması məni qətiyyən təəccübləndirmir. Məndə olan məlumata görə, Ziya Məmmədov ailəsinin Londonda üç yüz milyon dollarlıq evləri, villası var. Ziya Məmmədov da, qudası olan kənd təsərrüfatı naziri də dövlətin pulunu dağıtmaqla məşğuldurlar. Anarın Londona gedişinin arxasında həm də siyasi amillər var. Anar yaxın çevrəsi ilə olduğu məclislərdən birində atasının prezident, qaynatısının isə baş nazir olacağından dəm vurub.

Həm də bu məsələdə Ziya Məmmədov tək deyil ki – bir çox nazirlər də, övladları onun yolu ilə gedirlər.

Mən çox təəssüf edirəm ki, Ziya Məmmədov kimi nazirlərin fəaliyyəti bizim hörmətli dövlət başçısına qarşı yönəlib.

Mən bu adamların nə vaxt, necə cəzalandırılacaqlarını bilmirəm. Amma tarixdə olmuş nümunələr də göstərir ki, onların heç biri cəzadan kənar qalmayacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net