Deputat: Azərbaycan ilə İran arasında yeni mərhələ açıldı
Tarix: 24-02-2016, 10:43 | Çap et
Deputat: Azərbaycan ilə İran arasında yeni mərhələ açıldı
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri həm siyasi, həm də iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalandı: “Bu sənədlər iki ölkə arasında əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır”.

Deputat qeyd edib ki, İran bu gün artıq yenidən dünya bazarına çıxmağa başlayır: “Bu baxımdan Azərbaycan İranın Avropaya, dünya bazarlarına çıxışını təmin etmək üçün tranzit ölkə rolunu oynaya bilər. Bu, hər iki ölkə üçün çox faydalı bir əməkdaşlıqdır”.

Deputat bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin inkişafı təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox əhəmiyyətlidir: “Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlərdə təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə istiqamətində əməkdaşlıq məsələləri də diqqət mərkəzində oldu. Bu, ümumilikdə regionda təhlükəsizliyin təmin edilməsi üçün çox müsbət haldır”.





Xəbərlər
 
06-07-2020 09:41
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net