Bu adamın ipinin üstünə odun yığmaq olmaz - Əli Kərimliyə ağır ittiham...
Tarix: 11-02-2016, 10:03 | Çap et
Bu adamın ipinin üstünə odun yığmaq olmaz - Əli Kərimliyə ağır ittiham...
Mətbuatda AXCP sədri Əli Kərimlinin 2000-ci ildə hakimiyyətlə sövdələşməyə gedərək mandat aldığını deyən millət vəkili Fazil Mustafanın ittihamlarına Eldar Namazov cavab verib və bunun doğru olmadığını qeyd edib.

Bununla bağlı həmin illərdə AXCP Gənclər Komitəsində fəaliyyət göstərən Niyaməddin Orduxanlı Moderator.az - a açıqlama verib.

Onun sözlərinə görə, Fazil Mustafanın dedikləri həqiqətdir:

”Fazil Müstafa düz deyir, Əli Kərimlinin hakimiyyətlə vasitəçiliyini Eldar Namazov edib. Bunu o zaman partiya rəhbərliyində olanların əksəriyyəti bilirdi. Həmin illərdə mən AXCP-nin gənclər komitəsində fəaliyyət göstərmişəm və birbaşa partiyanın daxilində baş vermiş hadisələrdən məlumatlı olmuşam. Bu gün mərhum Heydər Əliyevin köməkçisi işləmiş Eldar Namazov Fazil bəyin dediklərini boynuna almır. Ancaq özü çox yaxşı bilir ki, Əli Kərimli ilə necə görüşlər keçirib, hansı söhbətlər aparıb və hansı tapşırıqlar verib. Eldar Namazov, ən azından özün, Əli Kərimli və bir neçə adam yaxşı bilir ki, bütün bunlar HƏQİQƏTDİR! Boynuna almamağınla heç nəyi dəyişdirə bilmərsən. Keçmiş baş nazır Pənah Hüseynin türmədən birbaşa mərhum Heydər Əliyevin yanında getməsini və onlar arasında olan söhbətlərin mətbuatda çap olunmasını da Eldar Namazov təşkil etmişdi. Eldar Namazovun nəzarətində olan “Panorama” qəzetində Pənah Hüseynin Heydər Əliyevə necə yarınmağını, yalvarmasını da o yaymışdı. Bütün bunlar bir tarixdir.
Digər tərəfdən, uzun illərdi Əbülfəz Elçibəyin ətrafında olan şəxslər deyirdi ki, Əli Kərimli partiyasına, liderinə, dostlarına xəyanət edib, hakmiyyətlə gizli danışıqlar aparıb. Bu gün Əli Kərimlinin bu xəyanəti prezident İlham Əliyev səviyyəsində deyildi, acıqlandı. Söhbət həm də ondan gedir ki, 2003-cü ildə Əli Kərimli indiki hakmiyyətə də xəyanət etdi. Heydər Əliyevin səhhətində yaranmış problemi görüb Əli Kərimli öz ənənəsini davam etdirdi. Ona görə də, bu adama heç kim inanmır, etibar etmir. Bir sözlə, bu adamın ipinin üstünə odun yığmaq olmaz...”





Xəbərlər
 
 
 
 
 
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net