Razi Nurullayevin partiyasından - Təklif
Tarix: 4-02-2016, 10:30 | Çap et
Razi Nurullayevin partiyasından - Təklif
Yeni elan edilmiş AXCP partiyaların Siyasi Fondlar yaratması təklifini irəli sürüb.

Vertikal.az xəbər verir ki, hazırda ölkədə mövcud olan iqtisadi böhrandan ağrısız çıxmağın əsas şərtlərindən biri müxalifətlə iqtidar arasında dialoqdur. Qeyd edilir ki, burda əsas məsələ real dialoq variantının tətbiq olunmasıdır. Əgər dialoq görüntü xarakterli olursa, tərəflər arasında uçurum daha da dərinləşir. Dialoq təklifi hakimiyyət tərəfdən irəli sürülməli və təşkil edilməlidir.

Müxalifət dialoqda maraqlıdır. Hakimiyyətə də dialoq lazımdırsa, görüşü təşkil etməlidir.

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər barədə dialoqun keçirilməsi də zərurətdir. Siyasi partiyaların Siyasi Fondlarını qurması beynəlxalq təcrübədir və ölkəmiz üçün məqbuldur. Azərbaycanda da belə fondların yaradılmasına icazə verilərsə, siyasi partiyaya kömək etmək istəyən fərd və hüquqi şəxslər vəsaiti həmin fonda köçürə bilər və bu da hökumətin nəzarətində olar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net