AXCP sədri sosial şəbəkələrdə saxta profillərlə “üsyan yetişdirir”
Tarix: 1-02-2016, 09:00 | Çap et
AXCP sədri sosial şəbəkələrdə saxta profillərlə “üsyan yetişdirir”
Manatın sonuncu devalvasiyasından sonra müşahidə olunan bahalaşma ölkənin can üstə olan müxalifətinə yeni nəfəslik kimi görünməyə başlayıb. Prosesləri diqqətlə izləyən hər kəs yaxşı xatırlayar ki, məlum bahalaşmadan sonra radikal müxalifət, xüsusilə də AXCP görünməmiş fəallıq sərgiləməyə başladı. AXCP sədri Əli Kərimli və onun buyruq qulları isti otaqlarında, kompüterin arxasında, saxta profillərini yenidən işə salaraq xalqı inqilaba, üsyana səsləməyə başladılar.
Bir neçə rayonda baş vermiş xırda etirazlar isə onlara daha böyük ümidlər verdi və Kərimli davamçıları açıq şəkildə ölkəni siyasi böhrana soxmaq üçün fəaliyyətə keçdi. Bu isə göstərdi ki, Azərbaycanda dolların bahalaşmasını və bundan qaynaqlanan bahalaşmanı siyasi ehtirasları üçün əlverişli zəmin hesab edən AXCP sədri və onun yalnız facebook-da “cəsarətlənə” bilən azsaylı tərəfdarları təxribat əməllərindən əl çəkmək niyyətində deyillər.
Sosial şəbəkələri özləri üçün fəaliyyət meydanı seçən bu kəsim xalqı dövlətə qarşı qaldırmaq üçün dəridən qabıqdan çıxdı. Bu məqsədlə sosial şəbəkələrdə müxtəlif səhifələr yaradıb, özlərinə məxsus saytlarda ictimai rəyi çaşdıracaq başlıqlar altında xəbərlər tirajlayırlar. Hansı ki, bu xəbərlərin böyük əksəriyyəti köhnə idi, sadəcə Kərimliçilər yalandan onları “təzə hadisə” adı ilə oxuculara sırımağa cəhdlər göstərdilər.
İndi isə konkret faktlara keçək: Məsələn, “Made in Azerbaijan” adlı Facebook səhifəsi paylaşımlarında təxribat xarakterli, xalqı iğtişaşlara səsləyən silsilə paylaşımlar etməklə məşğuldur. AXCP sədri Əli Kərimlinin əlaltıları tərəfindən idarə olunan səhifə “Qalx ayağa, Azərbaycan, arzularımın üstündə oturmusan” deyə çağırış kampaniyasına başlayıb. Göründüyü kimi, hazırkı durumu fürsət bilən radikallar ölkədə qarışıqlıq yaratmaq üçün ciddi cəhdlə çalışır.
Eyni zamanda bu səhifə gəncləri küçələrə çıxmağa səsləməklə bərabər, dövlətə sədaqətli insanları aşağılamaqdan belə çəkinmir. Eyni əməlləri Nida vətəndaş hərəkatına məxsus səhifə də canla-başla həyata keçirir. NİDA-çılar aşkar şəkildə gəncləri dövlətə qarşı çıxmağa səsləyir. Bu məqsədlə 2011-ci ildə hazırladıqları videoçarx yeni kimi istifadəçilərə təqdim edilir. Müxalifətçilərin devalvasiya təxribatları bununla da bitmir.
Sosial şəbəkələrdə müxtəlif saxta profillər vasitəsi ilə “banka borcu olan şəxs özünü yandırdı”, “Xalq ayağa qalxdı” və s. bu kimi ictimai rəyə mənfi təsir göstərən, onu çaşdırmağa yönəlik paylaşımların ardı-arası kəsilmir.
Devalvasiyadan sonra peyda olan təxribatçıların Əli Kərimlinin AXCP-si tərəfindən idarə olunduğu isə heç kəsə sir deyil. Əli Kərimlinin sosial şəbəkə üzərindən etdiyi çağırışlar mahiyyət etibarı ilə təxribat kampaniyasının tərkib hissəsi və hərəkətverici qüvvəsidir. Onun Facebook səhifəsi təxribatçı, dövlət əleyhinə çağırışların baş qaldırdığı ən böyük platformaya çevrilib.
Sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırmaq istərdik ki, devalvasiyadan sonra sosial şəbəkələrdə məqsədli şəkildə təxribat dolu informasiyalar yayılır. Bunlar müxalifətçilərin növbəti təxribat cəhdidir.
Amma artıq proseslər durulmağa və əslində nələrin baş verdiyi aydınlaşamağa başlayıb. Bəli, qlobal iqtisadi böhranın təsiri ilə yaranan ciddi problemlər var və bütün bunlar ölkəmizə də təsirsiz ötüşməyib. Amma ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri ölkəmizdə böhranı önləmək üçün zəmin yaradıb. Təkcə bir faktı qeyd edək ki, artıq bir sıra məhsulların qiymətindəki bahalaşma aradan qaldırılıb, qiymətlərdə ucuzlaşma müşahidə olunur. Bu isə məhz ölkə rəhbərliyinin gərgin səyləri nəticəsində mümkün olub.
Baş verənlər isə bir daha kimin kim olduğunu təsdiqlədi. Xalq yalnız facebook-da “cəsarət dağarcığı”na dönənləri də gördü, onun problemlərinin həllinə çalışan və buna nail olan iqtidarı da. Odur ki, əlavə şərhə ehtiyac qalmır. Əli Kərimli və onun tərəfdarlarının sonuncu “facebook fırtınası” isə müasir tariximizin daha bir dodaqqaçıran anı kimi yaddaşlarda qaldı.





Xəbərlər
 
 
 
 
 
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net