YAP-ın seçkilərdə qələbəsinin əsas səbəbi xalqın İlham Əliyevin siyasətinə dəstək göstərməsidir
Tarix: 24-12-2015, 12:35 | Çap et
YAP-ın seçkilərdə qələbəsinin əsas səbəbi xalqın İlham Əliyevin siyasətinə dəstək göstərməsidir
2015-ci ildə Azərbaycanda əzəmətli naliyyətlər əldə olunub.

Trend-in məlumatına götə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Yeni hədəflər naminə” adlı konfransda deyib.

Ə.Əhmədov bildirib ki, bu ili Azərbaycanın tarixinə yazmaq üçün çox əhəmiyyətli hadisələr baş verib: “Bunlardan biri parlament seçkiləri olub. YAP seçkilərdə yenə də qalib kimi çıxdı. Bu yarışda YAP-ın qələbəsinin əsas səbəbi xalqın möhtərəm prezident İlham Əliyevə olan məhəbbətinin nəticəsi və onun siyasətinə dəstək göstərməsidir”.

Ə.Əhmədov bildirib ki, 2015-ci ilin ən vacib hadisələridən biri də İlk Avropa Oyunları oldu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net