`Hacı Taleh terrora hazırlaşırdı...` - Partiya sədrləri
Tarix: 2-12-2015, 10:44 | Çap et
`Hacı Taleh terrora hazırlaşırdı...` - Partiya sədrləri
“Vətəndaş heç bir halda konstitusiya quruluşunu silahlı üsyanla dəyişdirmə cəhdində olmamalıdır”

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirib.

Partiya sədri qeyd edib ki, ölkəmizdə istənilən mübarizə dinc şəkildə olunmalıdır: “Əldə silahla dövlət quruluşunu dəyişdirmək cinayətdir. Bunlar birmənalı şəkildə yolverilməzdir. Dövlətin Nardaranda keçirdiyi əməliyyata və orada baş verən iğtişaşlara hüquqi qiymət verilməlidir”.

Partiya sədri qeyd edib ki, dövlət vətəndaşların hüququnu pozmur, əksinə müdafiə edir: “Vətəndaş heç bir halda konstitusiya quruluşunu silahlı üsyanla dəyişdirmə cəhdində olmamalıdır. Bu, birmənalıdır. Çünki, dövlət hamımızındır. Heç bir halda konstitusiya əldə silah dövlətə qarşı çıxmağa imkan vermir”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Nardaran olayının “qəhrəmanı” olan Taleh Bağırov anti-Azərbaycan mövqedə dayanan şəxsdir.

“Taleh Bağırzadə terror hadisələrinə ciddi şəkildə hazırlaşıb, tərəfdarlarını Azərbaycan dövlətçiliyinə qarşı yönəldib və çıxışlarında şəriət rejiminin qurulmasını təbliğ edib. Bu kimi hallara görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ona qarşı cinayət işi açılıb, istintaq gedir. Taleh Bağırzadə və tərəfdarlarının hərəkətləri Azərbaycanın tutmuş olduğu yola, hədəflərinə qarşı idi. Ona görə də dövlət buna imkan vermədi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net