Ana Sayfa > Ölkə / Manşet > Yasamaldakı «Zamok Lva» restoranının təqdimatında nə baş verib?

Yasamaldakı «Zamok Lva» restoranının təqdimatında nə baş verib?


16-11-2015, 09:59. Yazar: admin
Yasamaldakı «Zamok Lva» restoranının təqdimatında nə baş verib?
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı maraqlı bir məlumat üzə çıxıb. Bu barədə JAM.AZ-a məlumat verən mənbələrin bildirdiyinə görə, hadisə bir müddət əvvəl Yasamal rayonu ərazisində baş verib.

Hadisənin baş vermə məkanı isə «Zamok Lva» restoranının qarşısı olub. İddia edilir ki, RYTN-in ən böyük qurumlarından birinin başında duran şəxsə məxsus olan həmin restoranın təqdimatı zamanı Vidadi Zeynalov və nazirliyin bir çox ünlü simaları yaxşı-yeyib içdikdən sonra, bir birlərliylə bütün şit zarafatları ediblər. Və iş yekunda Vidadi Zeynalovun maşınının qaçırılması ilə nəticələnib.

JAM.AZ-a məlumat verən mənbənin bildirdiyinə görə, «Zamok Lva» restoranının qarşısından sabiq aparat rəhbərinin maşını qaçırılıb. Qaçırıldıqdan sonra isə qəza törədilib. Həmin hadisənin üzə çıxmaması üçün Zeynalov və restoranın sahibi xeyli əziyyət çəkməli olublar.

Bildirək ki, mənbə hadisənin konkret olaraq kim və ya kimlər tərəfindən törədildiyi, habelə nələrlə nəticələndiyi barədə məlumat versə də, bəzi dəqiqləşdirmələrdən dolayı hələlik açıqlamırıq. Yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik.

Geri dön