Ana Sayfa > Ölkə > Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ

Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ


24-09-2020, 16:31. Yazar: admin
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ

Qəbul imtahanları zamanı yüksək bal toplayan, universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib, kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub:

“Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir.

Səbəb budur ki, abituriyent bir ödənişsiz ixtisas yazıb. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayanların sayı səkkiz nəfərdir”.

O qeyd edib ki, həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.
Geri dön