Ana Sayfa > Ölkə > Məşhur Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi

Məşhur Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi


22-09-2020, 12:05. Yazar: admin
Məşhur Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

Bunu “Report”un sorğusuna cavab olaraq XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.
Geri dön