Ana Sayfa > Ölkə > Təhsil infrastrukturunun inkişafına 7 milyon manat ayrılıb

Təhsil infrastrukturunun inkişafına 7 milyon manat ayrılıb


8-08-2020, 14:06. Yazar: admin
Təhsil infrastrukturunun inkişafına 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Təhsil Nazirliyinə ayrılıb.
Geri dön