Ana Sayfa > Ölkə > AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi

AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi


11-07-2020, 13:11. Yazar: admin
AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Geri dön