Ana Sayfa > Ölkə > Bakı polisi: Qadının polisə tabesizlik göstərməsi görüntüləri araşdırılıb

Bakı polisi: Qadının polisə tabesizlik göstərməsi görüntüləri araşdırılıb


6-07-2020, 18:05. Yazar: admin
Bakı polisi: Qadının polisə tabesizlik göstərməsi görüntüləri araşdırılıb

"Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görüntülər tərəfimizdən araşdırılıb".

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib.

"Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub, - məlumatda bildirilib.
Geri dön