Ana Sayfa > Ölkə > İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi

İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi


4-07-2020, 17:48. Yazar: admin
İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi

"Bəzi sayt və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) şöbə müdirinin müavini Asif İmanlıya məxsus fərdi yaşayış evinin guya yandırılması ilə bağlı əsassız xəbərlər dərc edilib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Lənkəran ŞİH-dən məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 2-də rayonun Xanbulan kəndində ərazisində baş verib:

"Rayonun Xanbulan kənd sakini, İcra hakimiyyətinin şöbə müdirinin müavini Asif İmanlıya məxsus ümumi sahəsi 192 kvadratmetr olan fərdi yaşayış evinin 50 kvadratmetr hissəsi yanıb".

İcra hakimiyyətindən onu deyiblər ki, bəzi xəbər saytları baş verən yanğın hadisəsini heç bir dəqiqləşdirmə aparmadan ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə yanlış formada təqdim ediblər:

"Peşəkar jurnalist ilk olaraq baş verən hadisə barədə əsaslı araşdırmalar aparmalıdır. Əldə etdiyi məlumatları isə əlaqədar şəxslər və ya cavabdeh qurumlar təsdiqləməlidir. Yanlış məlumat dərc edən sayt və onun müxbirləri bir müddət sonra təbii ki, etibarını itirərək nüfuzdan düşür. Bu gün bütün dünyada eləcə də Azərbaycanda COVİD-19 pandemiyasının yayılmasına qarşı mübarizə aparılır. Bu həssas dönəmdə belə bir informasiya yaymaq jurnalistika etikasına ziddir. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının müvafiq şöbəsi ölkədə fəaliyyət göstərən bütün media qurumları və müxbirlərə hər hansı hadisə ilə bağlı sorğu və ya bir başa telefon əlaqəsi yaratmaqla məlumat verir. Odur ki, hər hansı hadisə ilə bağlı məlumat dərc edərkən İcra hakimiyyəti ilə əlaqə saxlmağı tövsiyə edirik: - deyə Lənkəran ŞİH-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Nəzarəti İdarəsində "Report" verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib.


Geri dön