Yasamal Telefon Qovşağının rəisinin başı dərddə
Tarix: 29-10-2015, 10:40 | Çap et
Yasamal Telefon Qovşağının rəisinin başı dərddə
Milli Təhlükəsizlik Nazirliyində başlayan həbs dalğası bir çox məmurları da özü ilə “yuyub apardı”

Eldar Mahmudova yaxın şəxslərin kimisi həbs edildi, kimisi isə vəzifəsində uzaqlaşdırıldı. Hətta bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov da işdən kənarlaşdırılıb. Bolgexeber.com-a daxil olan məlumata görə, artıq sıra Beytulla Hüseynovun yaxınlarına çatıb. Məlumata görə, onunla ortaq biznes fəaliyyəti olan Yasamal Telefon Qovşağının rəhbəri Mirbaba Babayev də həbs təhlükəsi ilə üz-üzədir. Mirbaba Babayevin adı Beytulla Hüseynovla birgə biznesdə hallanır. Belə ki, mənbənin məlumatına görə adıçəkilən şəxslərin Dubayda geniş biznesi var. Hətta mütamadi olaraq Dubaya yollanan Mirbaba Babayev biznesə şəxsən özü nəzarət edir . Beytulla Hüseynovla olan yaxınlıq isə Mirbaba Babayevin həbs edilmə ehtimalını yaradır. Görünür Yasamal Telefon Qovşağının rəisinin başı böyük dərddədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net