Sakinlərin deputatla görüşü niyə əngəlləndi?
Tarix: 24-10-2015, 12:10 | Çap et
Sakinlərin deputatla görüşü niyə əngəlləndi?
30 saylı Suraxani birinci seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva rayonda görüşlərə başlayıb.

Bir neçə gün öncə deputat Yeni Günəşli və Hövsan sakinləri ilə görüşüb. Amma Hövsan qəsəbəsində bir qrup sakinin deputatlığa namizədlə görüşünə imkan verilməyib.

Bu barədə Arqument.Az-a Hövsan sakinləri məlumat verib.

Onlar Arqument.Az-a göndərdikləri müraciətdə bildiriblər ki, hazırki deputat və namizədin görüşlərinin təşkilatçısı Suraxanı rayonu İcra Hakimiyyətidir.

Məhz bu üzdən də narazı sakinlərin deputatla görüşünə mane olurlar.

Sakinlərin sözlərinə görə, icra başçısı İlqar Abbasov rayonun bütün dövlət idarələrinə tapşırıq verib ki, S.Fətəliyevanın təbliğatını aparsınlar. Konkret olaraq, Seçki Məcəlləsinin tələblərinin pozulduğunu idda edən sakinlər müraciətlərində bu dəfə Sevinc Fətəliyevaya səs verməyəcəklərini bildirirlər.

Onlar ötən seçkilərdə deputata səs verdiklərini, ancaq deputatın onların etimadını doğrultmadığını iddia ediblər.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net