Alı Alıyev hansı sabiq məmura 100 minlik mebel hədiyyə edib?
Tarix: 22-10-2015, 10:52 | Çap et
Alı Alıyev hansı sabiq məmura 100 minlik mebel hədiyyə edib?
Füzuli rayonunun icra başçısı Alı Alıyevin də adı qalmqala qarşımağa başlayıb. JAM.AZ-a verilən məlumata görə, xeyli sayda mebel sexləri, dükan və ticarət obyektləri olan icra başçısının adı bu dəfə sabiq nazirlərdən biri ilə yüksək səviyyədə münasibətə görə qalmaqala səbəb olub.

Mənbə bildirir ki, Alı Alıyev Su və Melorasiya Təsərrüfatı Dövlət Komitəsinin sədri Əhməd Əhmədzadənin kadrıdır. Elə bu səbəbdən də məsələ ortaya çıxdıqdan sonra Əhmədzadə bərk əsəbləşib və icra başçısını danlayıb. JAM.AZ-a verilən məlumata görə, Əhmədzadənin qəzblənməsinə səbəb olan hadisə Alı Alıyevin özbaşına, heç kimlə məsləhətləşmədən sabiq məmurlardan birinə bahalı mebel hədiyyə etməsi olub. İddialara görə, həmin mebelin dəyəri 100 min manata yaxın olub.

Amma qalmaqala səbəb olacaq əsas amilin təkcə mebel hədiyyə edilməsinin ola biləcəyi inandırcı deyil. Güman ki, Alı Alıyevin həmin sabiq məmurla böyük iş əlaqələri olub. Çünki yalnız bu halda Əhmədzadələrin qəzəbinə tuş gəlmək mümkündür. Üstəlik, həmin sabiq məmurun başı onsuz da bəladadır və haqqında araşdırma aparılır. Əgər bu əlaqlər üzə çıxarsa, o zaman Alı Alıyevi heç Əhmədzadələr də qurtara bilməyəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S. Bu əsnada onu da bildirək ki, həmin məmurun adı bizə məlumdur və bəzi dəqiqləşdirmələrdən sonra icra başçısı ilə əlaqləri barədə geniş məlumat verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net