Adil Vəliyevi divara dirəyən FAKTLAR
Tarix: 8-10-2015, 09:42 | Çap et
Adil Vəliyevi divara dirəyən FAKTLAR
"İcra başçısı Adil Vəliyevin Sabunçu rayonundakı qanunsuzluqları barədə yazanda, bir çoxları əminliklə bildirirdilər ki, heç nə dəyişməyəcək. Ancaq ləng, çətin olsa da, dəyişir".
Vertikal.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. O, bildirib ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən tərtib olunan 20.09.2015-ci il tarixli 04422 protokola əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Parkda tullantıların əraziyə səpələnməsi, qalaqlanması və əraziyə yayılması müəyyən edilib: "Buna görə Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi inzibati xəta törətdiyinə görə 8000 AZN məbləğində cərimə olunub. Sənəd Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən 29.09.2015-ci il tarixdə imzalanıb".

Vertikal.az həmin cərimə faktını təsdiq edən sənədləri də təqdim edir:

Adil Vəliyevi divara dirəyən FAKTLAR
Adil Vəliyevi divara dirəyən FAKTLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net