Sabah yağış yağacaq
Tarix: 29-11-2020, 12:28 | Çap et
Sabah yağış yağacaq
Noyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir .

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net