Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Tarix: 26-10-2020, 12:34 | Çap et
Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, bu müharibə xalqımız üçün Vətən Müharibəsidir: “Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqəsini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb və qurub. Qarabağ tarixini biz yaxşı bilirik”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net