Hikmət Hacıyev: “Atam dedi ki, Ali Baş komandanın hər bir əmrinə hazıram”
Tarix: 11-10-2020, 22:35 | Çap et
Hikmət Hacıyev: “Atam dedi ki, Ali Baş komandanın hər bir əmrinə hazıram”

“Mən ümumiyyətlə şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına müasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr aralıda baş verib”.

“Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş vermişdir. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinlər ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş komandanın hər bir əmrinə hazıram”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net