DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
Tarix: 24-09-2020, 17:58 | Çap et
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
"Keçən ilki buraxılış imtahanı ilə builki imtahanı müqayisə edəndə builki nəticələr daha yüksəkdir".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu, builki buraxılış imtahanlarında açıq sualların sayının 50 faiz azaldılması ilə əlaqədardır: "Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşıb, vaxt baxımından imkanları daha çox olub. Statistik göstəricilərdə builki və ötənilki nəticələri müqayisə edəndə görürük ki, imtahan nəticələri təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkili isə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net