BNA: Şənbə-bazar müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq
Tarix: 30-07-2020, 19:10 | Çap et
BNA: Şənbə-bazar müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net