Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - Video
Tarix: 9-07-2020, 22:42 | Çap et
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - Video

Bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net