Gömrük Komitəsi “Araz Supermarket”ə inzibati protokol yazdı
Tarix: 7-07-2020, 11:10 | Çap et
Gömrük Komitəsi “Araz Supermarket”ə inzibati protokol yazdı
Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

Report xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net