TƏBİB: Bakıda xəstəxanaların 80-90%-i dolub
Tarix: 3-07-2020, 17:40 | Çap et
TƏBİB: Bakıda xəstəxanaların 80-90%-i dolub

“Ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı bildirib ki, rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir:

“Aktiv xəstələrin 38 %-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da arxayınlaşmaq olmaz”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net