Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib - EKSKLÜZİV
Tarix: 29-06-2020, 22:14 | Çap et
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib - EKSKLÜZİV

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net