İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
Tarix: 29-06-2020, 17:10 | Çap et
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Hazırda 84 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.

Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1 000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net