Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya - "Səlahiyyətlər rəsmi şəkildə heç kimə həvalə edilməyib"
Tarix: 25-05-2020, 13:52 | Çap et
Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya - "Səlahiyyətlər rəsmi şəkildə heç kimə həvalə edilməyib"

“Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

DİA.AZ xəbər verir ki, bu barədə Sabah.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.

Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net