Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO
Tarix: 22-05-2020, 23:49 | Çap et
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “sağlamlığın qorunması hüququ” mövzusunda 9 rayonun iştirakı ilə regional videokonfrans keçirilib.

“Report” xəbər verir ki, videokonfransda sağlamlığın qorunması hüququ mühüm hüquqlardan biri olaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, Azərbaycan Respublikası Konstitusiyasının bu hüquqla bağlı təsbit etdiyi müddəalar, eləcə də sağlamlığın qorunmasının hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsinə, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sistemini ehtiva etməsindən, milli və beynəlxalq təcrübə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycanda görülmüş mühüm preventiv tədbirlər və onların nəticələri barədə müzakirələr aparılıb.


Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO

Videokonfransda Cəlilabad rayon Gənclər və İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, DQDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Biləsuvar RTŞ-nin müdiri Aqşin Bağırov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov, Cənub ARB televiziyasının departament rəhbəri İsmayıl Cəfərli, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov, Turan skaut dəstəsinin lideri Elçin Abbasov, "Şəfəq- ekoturizm" İB-nin sədri Vamiq Babayev, Türkiyə Cümhuriyyətində tibb sahəsi üzrə təhsil alan həkim İdrak Məmmədov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı RMİ Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad Uşaq İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Bakı şəhəri Xətai rayon 54 saylı məktəbin müəllimi Samirə İsmayılova, Cəlilabad KOB dostu Aqil Qurbanov, əməkdar məşqçi Qadir Babayev, DQDK Lənkəran ərazi şöbəsinin əməkdaşları Emin Həmidli, Turan Həsənov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları - Xalid Şəmili, Mirkamran Mənsimli, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşları - Vüqar Cavadov və Elmar İbadlı, Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əlişir Əliyev iştirak ediblər.

Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO

Videokonfrans iştirakçıları müzakirə olunan mövzunun aktuallığını qeyd edərək, ölkədə əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə fikirlərini səsləndiriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net