Vasif Talıbov Səfər Mehdiyevin işindən narazıdır - gömrük şefi etimadı doğrulda bilmir
Tarix: 27-11-2018, 14:26 | Çap et
Vasif Talıbov Səfər Mehdiyevin işindən narazıdır - gömrük şefi etimadı doğrulda bilmir
Azərbaycanda Dövlət Gömrük Komitəsinin sədri təyin edilən Səfər Mehdiyev təyinatının ilk günlərində böyük islahatlar vəd etdi. Bir sıra beynəlxalq və yerli tədbirlər düzənləndi. Standart protokol qaydalarına uyğun olaraq Gömrük Komitəsində aparılan islahatlarla bağlı olaraq mühim uğur ortada deyil. Əslində Səfər Mehdiyevin gömrükdəki islahatları ilə bağlı olaraq xırda rüşvət faktlarına qarşı mübarizə aparılırdı. Və bu mübarizə üsulları isə demək olar ki, kiçik məmurlardan başladı. Gundeminfo.az-a daxil olan məlumatlara görə, Mehdiyev heç də bu sahədə böyük uğurlara imza ata bilmədi. Sistematik olmayan, pafos və gündəlik islahatlar xaraketindəki təsiri bağışladı Mehdiyevin təşəbbüsləri.

Fundamental olaraq gömrük sistemində şəffaf mexanizmlərin yaradılması, buraxılış keçid məntəqələrindəki süni büroktarik əngəllər olduğu kimi qalır. İnhisarçılar yenə də gömrükdə eyni hömranlıqlarını sürdürürlər. Nəticə etibarilə də, gömrükdəki idxal ixrac əməliyyatları üçün köhnə qaydalar qalır.

Saytımıza daxil olan informasiyaya əsasən DGK-nin sabiq sədri Aydın Əliyevdən qalan problemlərdə sadəcə şəxslərin adlarında və soyadlarında dəyişiklik olub. Azərbaycan gömrüküyndə hal-hazırda yeni rəhbərliyin apardığı mübarizə elektron ticarətdə idxal əməliyyatlarına nəzarət etməkdir. Və daha bir "islahat" isə vətəndaşların şəxsi ehtiyacları üçün gətirdikləri spirtli içkilər və tütün məhsullarına tətbiq edilən limitdir. Əlbəttə ki, idxal əməliyyatları üzrə Səfər Mehdiyev hazırda böyük korrupsiya inhisarçılığa qarşı mübarizə apara bilməz.

Mehdiyevn rəhbəri olduğu komitədə həyata keçirdiyi kadr islahatlarına diqqə yetirsək o zaman əmin ola bilərik ki, bu kadr islahatları kiminsə diqtəsi ilə baş tutur. Əlbəttə, bu "kiminsə" də nazir postuna bərabər şəxs deyil. Gundeminfo.az-a daxil olan məlumatlara əsasən kadr islahatları zamanı Mehdiyev uzun illər işlədiyi, hətta dostluq etdiyi şəxslərlə yollarını ayırmalı olur. Səbəbə barədə danışan mənbə iddia edir ki, bu onun biət etdiyi yüksək çinli məmurlardan biridir. Daxil olan informasiyalara görə, bu şəxs Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. V. Talıbovun tapşırıqlarını sorğu-sualsız yerinə yetirən Səfər Mehdiyevin ondan ən kiçik detal üçün belə məsləhətlər aldığı da söylənilir. Lakin mənbəmiz iddia edir ki, Talıbov heç də Mehdiyevin təyinatdan bəri olan fəaliyyətindən razı deyil.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Vasif Talıbov Səfər Mehdiyevə gömrük sistemindən olan bütün irili-xırdalı, sahibkarllı və ya sadə vətəndaşlarla bağlı ictimai və iqtisadi narazılıqların statıstıkasını minimuma endirsin. Lakin ölkənin gömrük qapılarından keçən sıravı vətəndaş da, orta və iri sahibkar da mövcud prossedurlardan narazılıq edir. Və bu narazılıqlara dair videolar, fotolar, şikayətlər hər gün sosial şəbəkələrdə yayılır.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net