Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ASAN-a verilir
Tarix: 6-07-2017, 14:26 | Çap et
Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ASAN-a verilir
Post-neft dönəminin başlamasından sonra ölkədə bir çox qrumların ixtisar edilməsi və birləşdirilməsi prossesinə ilin sonuna kimi daha biri əlavə ediləcək.

AZXEBER.COM-un xəbər verir ki, Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilməsi prosesinin uğurlu olması hökumət üçün yeni imkanlar açıb. Buna görə də saxlanılması "artıq xərc" hesab olunan qurumların başında gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib.

Komitə daxilindəki etibarlı mənbədən verilən məlumata görə, bir müddət əvvəl komitənin bəzi səlahiyyətlərinin alınaraq ASAN xidmətə verilməsi uğurla həyata keçirilib. ASAN xidmətin vətəndaşların müraciətlərini qanuni səviyyədə görməsi, komitədə tüğyan edən rüşvətin birdəfəlik yığışdırılması hökümətin yekun qərar verməsinə səbəb olub. Çünki komitə sədri hazırda əlində olan xidmət sahələri ilə bağlı ASAN xidmət kimi çalışmağa çalışsa da, onun bu istəyi baş tutmayıb. Və nəticədə komitənin əlində olan xidmətlərlə bağlı prezident aparatına yüzlərlə şikayət məktubu daxil olub.

"Vətəndaşların müraciəti üzrə komitənin əlində çox azsaylı səlahiyyətlər qalıb. Bu isə formal olaraq komitənin mövcudluğunu qorumaq üçün idi. Kərəm Həsənov hakimiyyətdən vaxt istəmişdi və o vaxt artıq bitdi. Çünki verilən heç bir vəd yerinə yetirilmədi və əksinə şikayətlərin sayı günü-gündən artdı. Bundan başqa komitə sədrinin altında imzası olan minlərlə problemli sənəd bu gün məhkəmələrdədir" deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Kərəm Həsənov əlində olan gücü itirməmək üçün komitənin fəliyyətini düzəldəcəyini və qüsurları aradan qaldıracağı vədini versə də, bu günə kimi heç bir vədini doğrulda bilməyib. Buna baxmayaraq, o Ziya Məmmədov kimi gözlənilməz şəkildə deyil, xəbəri ola-ola işdən çıxarılacaq.

Məlumata görə 2018-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər komitənin bütün səlahiyyəti əlindən alınacaq və ləğv ediləcək. Artıq komitənin bir çox əməkdaşı işdən çıxarılıb, digərlərinə isə ilin sonuna kimi özlərinə yeni iş yeri tapmaqları tapşırılıb.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net