Deputat oğlunun nömrə alveri - FOTO
Tarix: 15-06-2016, 10:31 | Çap et
Deputat oğlunun nömrə alveri - FOTO
Vertikal.az xəbər verir ki, reportyor.tv-yə daxil olan məlumata əsasən iyunun 13-ü saat 15:05-də Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinə avtomobilinə dövlət nömrə nişanı almaq istəyən vətəndaş acınacaqlı faktla üzləşib. Belə ki, müraciət edən vətəndaşa İlkin İsmayılovun otağını göstərib deyirlər ki, ancaq yaxşı nömrə almaq istəsəz cənab İsmayılovu görmək lazımdır. Reportyor.tv-nin məlumatlandıran mənbə bildirir ki, 01xx234 dövlət nömrə nişanın almaq üçün ilk olaraq İlkin müəllim 600 manat rüşvət istəyir. Ancaq otağından narazı çıxan vətəndaş Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin həyətində ki, kafedə İlkin İsmayılovun otağındakı mülkü şəxs tərəfindən təklif olunur ki, sən gəl o istədiyin nömrəni 01xx234-dü İlkin müəllimdən xahiş edərəm sənə 500 manata verər. Belə ki, vətəndaş bu təklifə razılaşır. Video çəkilişdə də mayor rütbəli İlkin İsmayılovun otağına daxil olur və razılaşdıqda bildirir ki, otağındakı mülkü şəxsə pulu ver. Mülkü şəxs də vətəndaşa xahiş edir ki, mən İlkin müəllimə 450 manat verəcəm səndən də soruşsa elə deyərsən. Ancaq bu bazarlıq alınmır. Çünki, vətəndaş bildirir ki, bu verdiyi 500 manatdan əlavə də xərci çıxacaq verdiyi rüşvəti geri alaraq avtomobilini üzərində olan nömrə ilə sənədləşdirir. Ancaq buna baxmayaraq bu sənədləşmənin 50 manatdan yuxarı olmadığı bir halda 210 manat pul ödəyir.

Video mantajda hazırlandığından sabah sizlərə təqdim olunacaq.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

Qeyd edək ki, rüşvət qalmaqalında adı halanan polis mayoru İlkin İsmayılov Azərbaycan Respublikasının Milli Məclisinin Zəngilan və Qubadlı dairə seçki məntəqələrindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur.

Deputat oğlunun nömrə alveri - FOTO
Deputat oğlunun nömrə alveri - FOTO
Deputat oğlunun nömrə alveri - FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net