Göyçayda hakimə növbəti rüşvət ittihamı - Şikayət/FOTO
Tarix: 9-03-2016, 11:06 | Çap et
Göyçayda hakimə növbəti rüşvət ittihamı - Şikayət/FOTO
Göyçayın Cəyirli kənd sakinləri vertikal.az-a şikayət məktubu göndərib. Feyzullayevlər ailəsi tərəfindən ünvanlanan müraciətdə qeyd olunub ki, Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarovun tamahının qurbanı olublar.
"Qanuni pay torpaqlarımızdan istifadə edə bilmirik. Çörəyimiz torpaqdan çıxır. Ancaq hakim Fərhad Əfəndiyev və Ədalət Cabbarov öz tamahlarına görə ciddi qanunsuzluğa yol veriblər ki, onların bu əməlləri cinayətdir.
Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qaydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu.
Bütün bunlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə icraçıları və Əmlak Komitəsinin əməkdaşları tərəfindən həyata keçirildi və buna dair akt tərtib edildi. Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq.
Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə yenidən iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxardı”,-deyə məktubda bildirilib.
Məktub müəllifləri yazıb: "Hansı ki, bu iş üzrə məhkəmənin qanunu qüvvəyə minmiş və icra olunmuş qətnaməsi var. Həmçinin bu rayon məhkəməsində yox İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olan bir iddiadır.
Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Həmin Məcəllənin 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işə yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır.
İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ancaq Göyçay rayon Məhkəməsinin rüşvətxor hakimi Fərhad Əfəndiyev tam qanunsuz olaraq öz tamahına görə bu iddianı icraata götürmüşdür.İddiaya əsasən guya bizim ailəyə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür, zəbt etmişik.İdddiaçı həm hakim Fərhad Əfəndiyevə həm də 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova küllü miqdarda rüşvət verib istədiyinə nail olub. Bəlkə də indiyə qədər belə açıq aşkar özbaşınalıq, qanunsuzluq olmamışdır ki, bunu hakim Fərhad Əfəndiyevlə, 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov etmişdilər. Bu boyda özbaşınalıq olmaz. Əlimizdə sənəd-sübut nəyə görə belə bir qanunsuz hərəkət edib 11 nəfərlik ailənin çörəyin əlindən alırlar”.
Ailə bildirir ki, bu korrupsiya cinayəti barədə Prezident İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasına,Məhkəmə-Hüquq Şurasına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Əmlak Komitəsinə şikayət ərizələri ilə müraciət ediblər. Xatırladaq ki, adıçəkilən hakim bir müddət əvvəl də ananı körpəsi ilə küçəyə atmışdı
Əlaqə telefonu; (050) 565-16-65 1) Feyzullayev Zülfü Abdurəhman oğlu
2) Feyzullayeva Cəmilə İsmayıl qızı
3) Feyzullayev Rahim Zülfü oğlu
4) Feyzullayev Elvin Zülfü oğlu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net