Ağdamda süni bahalaşmaya qarşı yeni “mübarizə” metodu
Tarix: 9-02-2016, 09:23 | Çap et
Ağdamda süni bahalaşmaya qarşı yeni “mübarizə” metodu
Məlum olduğu kimi, manatın ikinci devalivasiyasından sonra əhalinin maddi rifahı pisləşməkdədir. Dekabrın 21-dən indiyə qədər yaşamlarında əsaslı şəkildə dəyişiklik hiss edilən cəmiyəti inandırmaq, təmin etmək isə bir ayrı müsibətdir.

JAM.AZ Azad.Media-ya istinadən xəbər verir ki, devalivasiyadan sonra hökmət təcili anti-böhran planını hazırlayaraq, dövriyyəyə salmağa çalışdı. Bununla əlaqədar olaraq, bəzi tədbirlərin görülməsinə də başlanılmışdı. Məsələn, hazırda süni qiymət artımını önləmək üçün İcra Hakimiyyətlərinin tərkibində komissiyalar yaradılıb. Onların missiyası dükanları gəzib, qiymətlərə nəzarət etməkdən ibarətdir.

Ağdamda isə durum bir qədər fərqlidir. MTN polkovniki olan Raqub Məmmədov icra başçısı təyin ediləndən sonra Ağdam camaatının da qara günü lap qaragünlük olub. Sayt xəbər verir ki, icra başçısının rayonda süni qiymət artımına qarşı apardığı mübarizə isə lap gülməli şəkil alıb.

Belə ki, Raqub Məmmədov ilk olaraq bazarda ətin qiymətinin bahalaşmasını önləmək üçün «unikal» vasityə baş vurub. O, bütün idarə və müssisə rəhbərlərinə göstəriş verib ki, hər gün bir idarə müdiri heyvan alaraq, onu kəsdirib, ətini də bazarda satdırmalıdır. Ətin 1 kq-nın qiyməti isə 5 manatdan baha olmamalıdır.

P.S. Raqub Məmmədov icra başçısı yox, baş nazir olmalıymış. Ona görə ki, iqtisadi sahədə düşündükləri həqiqətən də heyrətamizdir. Bir rayonun rəhbəri gündə bir dana kəsdirməklə Ağdamdakı süni qiymət artımının qarşısını alacağını düşünürsə, demək, o ya yerində deyil, ya da həqiqətən heç nə bilmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net