Gəncə və Qusar TKQ-larda bayrampulu qalmaqalı
Tarix: 5-01-2016, 09:12 | Çap et
Gəncə və Qusar TKQ-larda bayrampulu qalmaqalı
Rabitə və Yüksək Texnologiylar Nazirliyində baş verən dəyişiklikdən sonra da sistemdə heç bir yenilik baş verməyib. Əksinə, yaranmış vəziyyətdən yararlanmağa çalışan Telekommunikasiya Qovşaqlarının rəisləri işçilərinin bayrampullarına da göz dikiblər.

JAM.AZ xəbər verir ki, artıq bir neçə şəhər və rayondan gələn xəbərlərdə qeyd olunanlar təsdiqlənir. Gəncə Telekommunikasiya Qovşağında çalışan işçilərin verdiyi məlumata görə, qurumun baş mühasibi Bayram adlı şəxs rabitəçilərə verilməsi nəzərdə tutulmuş 100 manat bayrampulunun 50 manatını kəsib. Bunu hansı səbəbdən, nə məqsədlə etdiyi isə məlum deyil.

JAM.AZ-a daxil olan bilgilərdə o da qeyd olunur ki, Qusar rayonunda da anloji vəziyyət yaşanıb. Belə ki, rayon TKQ-nın mühasibi Kamal Əsgərovla qovşağın rəisi işçilərə çatmalı olan bayrampullarının bir hissəsini kəsiblər. Düzdür, Gəncə TKQ-dan fərqli olaraq, burada bir qədər insaflı davranıblar. Belə ki, işçilərə verilməli olan pulun 40 manatını özlərinə götürüblər.

Qeyd edək ki, gələn məlumatlarda digər rayonlarda eyni vəziyyətin yaşandığı vurğulanır. Məsələ ilə bağlı əldə olunan məlumatları dəqiqləşdirməyə çalışırıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net