İcra başçısı Zakir Fərəcov bələdiyyə sədri Zakir Fərəcovun verdiyi sənədə etibar etmir? - ŞOK ŞİKAYƏT
Tarix: 25-12-2015, 09:21 | Çap et
İcra başçısı Zakir Fərəcov bələdiyyə sədri Zakir Fərəcovun verdiyi sənədə etibar etmir? - ŞOK ŞİKAYƏT
Bütün sənədləri qaydasında olan sahibkara məmurlar “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirlər

Vertikal.az-a Sumqayıtdan sahibkar şikayət məktubu göndərib. Məktubda deyilir: “Hörmətli redaksiya , xahiş edirəm mənim şikayətimi mətbu orqanınızda dərc edərək ictimailəşdirəsiniz. Mən , 2004-cu ildən Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, mənə məxsus özəl ticarət (aptek)obyektində dərmanların parakəndə satişı ilə məşgulam.

Həmin obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı)tərəfindən 16 dekabr 2014-ci ildə torpaq ayrılmış və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncami ilə tikintiyə icazə verilmişdir.Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınmışdır.Bir necə gun bundan əvvəl Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsi idarəsində işləyən Kənan adlI şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi.Mən isə sənədləri təqdim etdim.Sonrakı ğunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər.Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməidir” dedilər.

İcra başçısı Zakir Fərəcov bələdiyyə sədri Zakir Fərəcovun verdiyi sənədə etibar etmir? - ŞOK ŞİKAYƏT

Mən onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt neçə sökülə bilər?” sualını unvanladıqda isə yenə eyni cavabı verdilər ki,şifahi göstəriş var,bəs sökulməlidir .Mən hörmətli prezident İlham Əliyevə, Sumqayıt şəhəri icra hamiyyətinin başcısı Z.Fərəcova məktubla (poct vasitsilə) muraciət etmişəm.Hal-hazırda obyekti bağlayıb gözləyirəm. Qeyd edim ki,mənim dərman depolarına kulli miqdarda borcum var.

Mənə ultimatum verən adını bilmədiyim şəxslər “obyektini buldozerin qabagına verib dagıdacağıq” deyirler.Mən huquqi dövlətdə yaşayıram.Mənim sahibkar və adi vətəndaş kimi Konstitusiya ilə təsbit olunmuş huquqlarim var.Kimsə mənim əmlakımi başıma ucura bilərmi? Əgər sökulməsinə vacibiyyət yaranıbsa bunu qanunauyğun şəkildə etmək olmazmi?

Mən hörmətli prezident cənab İlham Əliyevə muraciət edirəm.Sizin sahibkarlara dəstək barədə son cıxışlarıniz bizi cox sevindirmişdi.Bu gun də inanıram ki,mənim muraciətimi qəbul edəcək və mənim əmlak huququmun pozulmasina imkan verməyəcəksiniz.
Hörmətlə, İlham Əbdilov”

Vertikal.az bu mövzu ilə bağlı araşdırma aparacaq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net