Qreq Vayner: “ABŞ-dakı erməni lobbisinin fəaliyyəti boşa çıxa bilər”
Tarix: 23-07-2020, 13:28 | Çap et
Qreq Vayner: “ABŞ-dakı erməni lobbisinin fəaliyyəti boşa çıxa bilər”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə İşləri Komitəsinin konqresmenləri Stiv Şabot (respublikaçı) və Stiv Kohen (demokrat) tərəfindən komitənin gündəliyinə daxil edilən düzəlişlər Yerevanda gərginliyə səbəb olub.

“Sputnik Ermənistan” yazır ki, erməni politoloq Suren Sarkisyan 2020-ci ilin oktyabrında səsə qoyulacaq qətnaməni ABŞ tarixinin ən “anti-erməni qətnamə”si adlandırıb.

“Konqresin tarixində belə bir anti-erməni qətnamənin müzakirəsi misli görünməmiş haldır”, - deyə, S.Sarkisyan bildirib.

Qətnamədəki düzəliş “Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş ərazilərindən qaçqın düşmüş insanların” hüquqlarına aiddir.

Eyni zamanda, Ermənistan mediası qeyd olunan dövlətlərin ərazilərinin işğal olunduğuna dair məsələni şübhə altına alır. Qətnamədəki tələbə görə, ABŞ Dövlət katibi Müdafiə katibi ilə birlikdə vaxtaşırı işğal olunmuş ərazilərdən qovulanların, habelə 1991-ci ildən bəri öldürülənlərin sayı barədə Konqresin müvafiq komitələrinə məruzə etməlidirlər.

S.Sarkisyanı xüsusilə narahat edən məsələ ondan ibarətdir ki, bu qətnaməyə edilən düzəliş ABŞ Senatında da qəbul edilərsə (nəzərə alsaq ki, Senatda əksəriyyət respublikaçılardır, qətnamənin qəbul olunma ehtimalı yüksəkdir), sənəd siyasi, həm də hüquqi baxımdan ciddi presedentə çevriləcək.

Gələcəkdə isə həm ABŞ-da, həm də beynəlxalq strukturların hüquqi aktlarında əsas kimi istifadə oluna bilər.

Bununla bağlı Media.Az amerikalı politoloq Qreq Vaynerlə həmsöhbət olub.

- ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş ərazilərindən olan qaçqınların hüquqları ilə bağlı düzəlişin Konqresə təqdim olunması Yerevanda əsəbi reaksiyalar doğurdu.

- Söhbət tövsiyə olunan düzəlişlərdən gedir. Düzəlişə komitədə baxılacaq, təsdiq olunacağı təqdirdə Konqresdə səsə qoyulacaq. Dərhal deməliyəm ki, ABŞ Konqresi qaçqınların məsələləri ilə məşğul olan ən fəal parlamentdir və mütəmadi olaraq kömək üçün vəsait ayırır.

Burada maraqlı bir fakt var. ABŞ-dakı erməni siyasi lobbisi böyükdür, lakin onların müqavimət göstərməyinə baxmayaraq, düzəliş ərsəyə gəldi və baxılması üçün komitəyə təqdim edildi.

- Ermənistan tərəfi təşviş işindədir, belə ki, qətnamə ABŞ Senatında qəbul edilsə, bu siyasi və hüquqi baxımdan presedent olacaq.

- Ermənistan düzəlişə azərbaycanlı qaçqınların hüquqlarının daxil edilməsindən narahatdır. Bu, rəsmi Yerevanı gərginləşdirir. ABŞ-dakı erməni lobbisinin üzün müddət davam edən fəaliyyətləri boşa çıxa bilər.

- Ermənistanda qətnaməyə edilən bu dəyişiklik Birləşmiş Ştatlar tarixinin ən anti-erməni düzəlişi kimi qəbul olunur. Baxmayaraq ki, düzəliş sənədində Gürcüstandan, Moldovadan, Ukraynadan olan qaçqınların da hüquqlarına toxunulur.

- Gəlin, vəziyyətə daha geniş nəzər salaq. 3 noyabr 2020-ci il tarixində ABŞ-da prezident seçkiləri keçiriləcək. Təbii ki, bu vəziyyətdə öz siyasi problemlərinin həllini və siyasi təzyiqləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə olunur. Bu vəziyyətdə yuxarıda qeyd olunan məsələ ABŞ-dakı erməni diasporunun “düzgün səs verməsi” üçün həyata keçirilir.

- Əgər mən düzgün başa düşürəmsə, Konqresdəki demokratların əksəriyyəti bu düzəlişin qəbul olunmasına qarşı çıxacaqlar, çünki ABŞ erməniləri ənənəvi olaraq onlara səs verir, respublikaçılar isə, əksinə, düzəlişdəki dəyişikliyi dəstəkləyəcəklər.

- Çox güman ki, belə də olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net