Səfir: BƏƏ OPEC+ razılaşmasına sadiqdir - MÜSAHİBƏ
Tarix: 16-06-2020, 14:34 | Çap et
Səfir: BƏƏ OPEC+ razılaşmasına sadiqdir - MÜSAHİBƏ
Musavat.com BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi ilə müsahibəni təqdim edir.

- BƏƏ-də COVID-19 ilə bağlı son vəziyyət necədir? Ölkə pandemiyanın qarşısını almaq, onunla mübarizə aparmaq üçün hansı üsullardan istifadə edir?

BƏƏ koronavirusunun yayılmasına nəzarət edə bilən ölkələrin ön sıralarında gedir, belə ki, həkimlər COVID-19 virusu ilə mübarizə üçün intensiv tədbirlərin görüldüyünü, cəmiyyətin sosial bölgü qaydalarına və səhiyyə orqanlarının və ölkə rəhbərliyinin verdiyi təlimatlara riayət etdiyini vurğulayır, virus nəzarət altına alınıb, son günlərdə yeni yoluxma sayının azalması ilə bərabər edilən testlərin sayının artdığının şahidi oluruq. Sağalanların gündəlik sayı artsa da, virusun hələ də mövcud olduğunu nəzərə alaraq deyə bilərik ki, gələcək dövr məlumatlı olmaq, prafilaktik tədbirlər və qaydalara riayət etməkdən asılı olacaq.

BƏƏ dövləti virusun yayıldığı ilk günlərdən onu nəzarətə götürə bilmişdir, belə ki, yoluxma hallarının ümumi sayı ölkə əhalisinin 0.38% -dən azdır, və onların 56.2% -i lazımi tibbi yardım göstərildikdən sonra sağalıblar. Sağalma nisbətinin əhmiyyətli dərəcədə artması və aktiv müalicə alan xəstələrin sayının azalmasına da, gündəlik testlərin sayı 25 mindən 40 minə yüksəlib, bununla da yoluxma nisbəti isə gündəlik 800 yoluxma halından azalaraq 600 yoluxma halından da az rəqəmi təşkil edir.

Həmçinin təsdiq edə bilərik ki, cəmiyyətin sosial qaydalara və sağlamlıq üçün müvafiq göstərişlərə əməl etmələri koronavirusun birinci dalğası ilə mübarizə aparmaq üçün kömək etmişdir. Bütün yerli və beynəlxalq hesabatlar koronavirusun yayılması ilə mübarizədə proaktiv yanaşma sayəsində BƏƏ-nin lider olduğuna işarə edir, BƏƏ aparılan müayinələr sahəsində liderlik edir və ümumiyyətlə, təcili yardım və səhiyyə sistemlərinin səmərəliliyi və hazırlıq göstəricilərinə görə ön cərgədədir.

Hazırkı məlumatlara əsaslanaraq deyə bilərik ki, ümumi sağlamlıq vəziyyəti nəzarət altındadır, aparılan erkən müayinələr, davamlı araşdırmalar, həmçinin görülən tədbirlərin davamlılığı və cəmiyyətin məlumatlandırılmasının genişləndirilməsinin nəticələrini görürük.

Burada qeyd etmək istərdik ki, bütün ölkə üzrə kritik halların və ölüm hallarının sayı azalmışdır ki, bu da müsbət göstəricilərdən biridir və böhranla mübarizədə liderliyin və cəmiyyətin virusun yayılmasının qarşısını almaq üçün müdafiə sistemləri ilə həmrəyliyinin bəhrəsidir.

İxtiraçı və tədqiqatçı doktor Endryu Venturanın rəhbərliyi ilə Abu-Dabi Kök Hüceyrə Mərkəzində həkimlər və tədqiqatçılar qrupu bədənin virusla mübarizə aparmasına və xəstəliyin əlamətlərini azaltmasına kömək edə biləcək yeniixtira haqqında açıqlama verdilər.

Müalicə kök hüceyrələrin xəstənin qanından çıxarılmasından və yenidən aktivləşdirildikdən sonra xəstənin ağciyərlərinə sprey vasitəsi ilə nəfəs almaqla daxil edilməsindən ibarətdir.

Yuxarıda qeyd edilən koronavirus (COVID-19) infeksiyasının müalicəsini araşdıran tədqiqatçılar tərəfindən işlənib hazırlanmış metod əqli mülkiyyət qoruması alınmışdır və beləliklə, bu müalicə üsulunun daha çox sayda pasiyentin diqqətini çəkməsinə yol açıb.

BƏƏ dövlətinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın (Alla ona rəhmət etsin) irsinin davamı kimi və BƏƏ-nin hamıya yardım əli uzatmaq öhdəliyi riayət etməsi çərçivəsində BƏƏ dövləti koronavirusu ilə mübarizə aparmaları üçün dünyanın 64-dən çox ölkəsinə humanitar yardım edib.

- Azərbaycanda COVID-19 qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz?

Azərbaycan koronavirusa qarşı nümunəvi mübarizə nümayiş etdirir. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra Avropa ölkələri rəsmiləri bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri yüksək qiymətləndirirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təhlükə yarandığı ilk gündən vəziyyəti tam ciddiyyəti ilə nəzarətə götürduler. Onların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında Azərbaycan faktiki olaraq ön sıradadır. Dövlətin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznes sektoruna, o cümlədən əhalinin məşğulluğuna verə biləcəyi mənfi fəsadlarının aradan qaldırılması üçün ayırdığı 1 milyard manat vəsait də bir çox ölkələr üçün nümunəvi addımdır.

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını diqqətə çatdırmışdır. Bundan başqa Azərbaycanın bir çox ölkələrə virusla mübarizə çərçivəsində ayrıca yardımlar ayırması qlobal , beynəlxalq səviyyədə Azərbaycanın həmrəylik nümayiş etdirməsi deməkdir.

- Pandemiya iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrə necə təsir göstərib? (son iqtisadi göstəricilər, ticarət dövriyyəsi və s.) Son zamanlar iki ölkə arasındakı iqtisadi əlaqələr, həmçinin turizm sektorunda kifayət qədər irəliləyib. Postpandemik dövrdə bu sahəni bərpa etmək üçün birgə əməkdaşlıq hansı nəticələr verə bilər?

BƏƏ ilə Azərbaycan arasındakı münasibətlər davamlı inkişf edən, yüksələn xətt üzrə qurulub. Bu əlaqələr sadəcə ticarət dövriyyəsi ilə məhdudlaşmır. Bizim rəhbərlik və xalqlarımız səmimi qardaşlıq prinsipləri əsasında mütəmadi olaraq biri-birinə dəstək verir. Pandemiya dövrü də bu baxımdan istisna deyil. Əlbəttə, bu çətin dövr sağlamlıq ve təhlükəsizlik ehtiyat tədbirləri aspektinden öz izini qoyur. Ancaq həm BƏƏ həm də Azərbaycan dövlətinin tutduğu düzgün yol sayəsində inanırıq ki, post-pandemiya mərhələsində yenidən iqtisadiyyatın bütün sahələrində canlanma müşahidə olunacaq və yenidən turistlərimiz qonaqpərvərlikden zövq alacaqlar.

- COVID-19 pandemiyası fonunda dünya həm də neftin qiymətinin düşməsi və bu bazarda yaranan böhran ilə üz-üzə qalıb. BƏƏ neft ixracatçısı olaraq bunun qarşısını almaq üçün nə edir?

BƏƏ Opec+ razılaşmasına sadiqdir. Biz tərəfdaş ölkələrlə birlikdə bu çətin mərhələdən müvəffəqiyyətlə keçmək üçün əməkdaşlıq edirik. COVID-19 fonunda, biz neft bazarının yenidən balanslaşması istiqamətində tədbirlər həyata keçirir, həm indiki, həm də gələcək dövrü nəzərə alaraq manevr edirik.
(report.az)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net