Ana Sayfa > Mədəniyyət > “Oskar” mükafatının təqdimat mərasimi təxirə salına bilər

“Oskar” mükafatının təqdimat mərasimi təxirə salına bilər


21-05-2020, 00:32. Yazar: admin
“Oskar” mükafatının təqdimat mərasimi təxirə salına bilər

Amerika Kino Akademiyası 93-cü “Oskar” mükafatının təqdimetmə mərasimini koronavirus pandemiyası səbəbindən təxirə salmağı planlaşdırır.

Bu barədə “Variety” jurnalı təşkilatdakı mənbəyə istinadən xəbər yayıb.

“Ehtimal olunur ki, “Oskar”ın təqdimatı təxirə düşəcək”, - mənbə bildirib.

Həmçinin qeyd olunub ki, mərasimin mümkün keçirilmə tarixi müzakirə olunmayıb.

Hazırda “Oskar”ın təqdimetmə mərasiminin 2021-ci il fevralın 28-də keçirilməsi nəzərdə tutulub.

Geri dön