“Nazir məni oğlunun toyuna çağırmadı”
Tarix: 17-03-2015, 11:21 | Çap et
“Nazir məni oğlunun toyuna çağırmadı”
“Mən Kəmaləddin müəllimi oğlumun toyuna dəvət etməmişdim. O da məni oğlu Nicatın toyuna çağırmadı”.

Bu sözləri AzVision.az-a açıqlamasında Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov deyib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla xoş münasibətlərinin olduğunu deyən bəstəkar nazir oğlunun toyuna çağırılmadığını bildirib.

“Kəmallədin müəllimlə ildə bir dəfə və ya da 3 ildən bir görüşürəm. Onun işləri çoxdur. Böyük işlərlə məşğul olur. Hər gün çoxlu sayda adam Kəmaləddin müəllimin qapısını döyür. Ona görə də heç vaxt onu narahat edə bilmərəm. Mən Kəmaləddin müəllimlə aramızda pərdə saxlayıram. Bunu çox səmimi deyirəm. Bu 15 il ərzində Kəmaləddin müəllimin yanında cəmi 3 dəfə olmuşam. Onun bəstəkarlıq fəaliyyəti də çox yaxşıdır. “Xalq Heydər söyləyəcək” mahnısı çox gözəldir”.

Tanınmış bəstəkar Kəmaləddin Heydərovla yenidən görüşəcəyini vurğulayıb: “Mən onunla görüşəcəyəm. Kəmaləddin müəllim mənim dostum deyil. Amma çox gözəl münasibətlərimiz var. Kəmaləddin müəllim Nicatın toyuna məni çağırmadı. O yaxın adamlarını çağırmışdı. İndi gərək ondan soruşum ki, məni niyə oğlunun toyuna dəvət etmədin? Onunla aramızda yalnız hörmət və izzət var. Mən buna görə ondan inciməmişəm. Mən də oğlumun toyunda çox adamı çağırmadım. Utandım deyə belə etdim. Sonra elə bilərlər ki, pula görə çağırmadım. Kəmaləddin müəllimi də mən oğlumun toyuna dəvət etməmişdim. Məsələ ondadır ki, bütün övladlar xoşbəxt olsunlar. Qalanları boş-boş şeylərdir. Kəmaləddin müəllim vətənpərvər adamdır. O, azərbaycançılığı təbliğ edir. Oğlanları da bu yolu davam etdirirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net